Hazırlayacağınız planı iki mərhələdə düşünmək sizin xeyrinizə olacaq. Birinci mərhələ xaricə getməzdən əvvəl müəyyən etməli olduğunuz planlar, ikinci mərhələ isə xaricə getdikdən sonra müəyyən etməli olduğunuz planlar hazırlanmalıdır.
Getməzdən öncəki planınız!
- İlk növbədə xaricdə təhsil almaq istədiyiniz ixtisası özünüzə uyğun seçməlisiniz.
- Təhsil alacağınız ixtisasın çox yaxşı tədris edildiyi universitetləri araşdırmalı və onların sizə təqdim etdiyi imkanları öyrənməlisiniz.
- Hansı ölkədə təhsil almaq istədiyinizi və orada hansı universitetlərin mövcud olduğunu araşdırmalısınız. Təhsilin keyfiyyəti qədər, seçəcəyiniz ölkə də önəmlidir.
- Xaricdə təhsil alacağınız zamanı təyin etdikdən sonra ilk iş olaraq passportunuz üçün müraciət etməlisiniz. Pasportların verilməsi prosesi bəzən uzun çəkə bilər.
- Passport üçün ərizənizi təqdim etdikdən sonra viza üçün lazım olan sənədləri müəyyənləşdirib toplamağa başlamalısınız. Bu arada, peşəkar dəstək almaq konsulluqda vizadan imtina etmə şansınızı minimuma endirəcək və sistemi başa düşməyinizi asanlaşdıracaq.
- Getməzdən əvvəl mütləq büdcənizi müəyyənləşdirməlisiniz.
Harada qalmaq istədiyinizə (yataqxana, ev, ailə yanında qalmaq) qərar verməli və büdcənizə uyğun yer tapmalısınız. Yaşayış yerinizin universitetə yaxın olması sizə daha az xərcləmə imkanı verəcək.
- Bu amillərin nəticəsi olaraq, viza üçün konsulluğa müraciət etməlisiniz.
- Eyni zamanda xaricə gedərkən lazımi şəxsi əşyalarınızı da müəyyənləşdirməlisiniz.
- Xaricdə yaşayarkən sizə nələrin lazım olacağını yaxşı araşdırmalısınız.
- Əlavə xərclərdən qaçmaq üçün aviabilet qiymətləri və baqaj limitləri ilə tanış olmalısınız.
- Gedəcəyiniz ölkənin mədəniyyətini az da olsa araşdıraraq səfərinizi rahatlaşdıra bilərsiniz.
XARİCƏ GETDİKDƏN SONRAKI PLANLARINIZ
- Təhsil alacağınız ölkəyə getdikdən sonra yaşayış yeriniz və universitetiniz arasındakı nəqliyyat marşrutları və nəqliyyat vasitələri ilə tanış olmalısınız. Əgər ictimai nəqliyyatdan istifadə edəcəksinizsə, biletlərin necə və haradan alındığı barədə məlumatınız olmalıdır.
- Xaricdə təhsil müddətində keçirəcəyiniz vaxtı ən səmərəli şəkildə istifadə etməli, universitetinizdəki imkanlardan ən yaxşı şəkildə necə istifadə edə biləcəyinizi araşdırmalısınız.
- Məqsədiniz təhsildən əlavə, həm də fərqli mədəniyyətləri tanımaqdırsa, vizasız və asanlıqla səyahət edə biləcəyiniz ölkələri müəyyən edə bilərsiniz.
- Xaricdə təhsil aldığınız ölkənin mədəniyyətini öyrənmək istəyirsinizsə, şəhərinizdə və ya universitetinizdə həyata keçiriləcək tədbirləri araşdırmalısınız. Bu tədbirlərdə fəal iştirak etmək məhsuldarlığınızı xeyli artıracaqdır.
TƏHSİL ALACAĞINIZ UNİVERSİTET VƏ İXTİSASA QƏRAR VERMƏ
Burada ən vacib amil akademik maraqlarınız və karyera məqsədlərinizdir. Maraq sahəsinizdən kənar bir təhsil müvəffəqiyyət nisbətinizi çox aşağı sala bilər. Məzun olduqdan sonra işə qəbul nisbəti də araşdırılmalı olan mühim amillərdəndir. Təhsil almaq istədiyiniz universitetin təklif etdiyi təcrübə imkanları, magistr təhsili almaq istəsəniz sizə təqdim olunacaq imkanlarla bağlı araşdırmalar apararaq, təhsil müddətində və sonrasında özünüzü daha rahat və xoşbəxt hiss edəcəksiniz. Eləcə də universitetin sizə təklif etdiyi doktorluq dərəcəsi və təklif olunan endirimlərlə tanış olmaqda fayda var.